Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

dağal1

Ordubad

Gözə düşən çöp.  Gözümə dağal düşüb.

dağal2

Ağdaş, Borçalı, Cəlilabad, Füzuli, Kürdəmir, Qazax, Mingəçevir, Sabirabad, Salyan, Tovuz

1. Oyunun gedişində ümumi qaydanı pozan, cığal (Kürdəmir, Salyan).

2. Davakar (Borçalı, Qazax). □ Dağal adam oyına şuluğlığ salar (Salyan); Alı yaman dağaldı (Kürdəmir); Oynıyanda adam dağal olmaz (Füzuli); Dağal adam insannan yole:tmer (Borçalı); O yaman dağal adamdı (Qazax).

dağal3

Laçın, Ordubad

İnadkar, sözə baxmayan.  O, dağal adamdı (Laçın).

dağal4

Kəlbəcər, Kürdəmir, Qazax

Lovğa, ədabaz. □ Dağal adam yaxşı adam döy (Qazax).

dağal5

Təbriz

Həyətin, bağın kənarına nazik ağaclardan çəkilən çəpər. □ Bağın qıra:nnan dağal çəkirux.

Azərbaycan dilinin dialektoloji lüğəti