►Bir vəziyyətin digəri ilə əvəzlənməsi, ciddi, ağıllı bir şeyin qısa müddətdə gülməli hala keçməsi ehtimalı haqqında işlədilən ifadə.
İfadənin Fransa imperatoru Napoleon Bonaparta məxsus olduğu iddia edilir.
Bəzi yazılı mənbələrə görə, Fransa imperatoru həmin ifadəni 1812-ci ildə Rusiyada – Moskva ətrafında məğlub olub geriyə qayıdarkən ölkəsinin Varşavadakı səfiri de Pradtuya tez-tez deyərmiş. Səfir isə özünün «Böyük Varşava hersoqluğunda səfirliyin tarixi» (1816) kitabında bu haqda ətraflı yazmışdır.
Bəzi mənbələrə görə, ifadənin ilkin mənbəyi fransız yazıçısı Jan-Fransua Marmontel (1723–1799) hesab edilir. Yazıçıda fikir fərqli şəkildədir: «Ümumiyyətlə, bütün gülməli şeylər dahiliklə əvəzlənir».
Məsəllər, deyimlər