Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

damaq1 

ərəb. dimaq – beyin

Kef, əhval, həvəs. (“Koroğlu” dastanının lüğəti)

Məclis qurduram həmişə,

Işrətim, damağım ola!..

Əmliklər çəkdirəm şişə,

Bir ağır yığnağım ola!..

                           (“Qulun qaçmağı”)

                                               *

Keflər duruldu, damağlar sazaldı. (“Koroğlunun Ərzurum səfəri”)

damaq2

Damaq olmaq: gözü qalmaq, tamarzı qalmaq. (“Koroğlu” dastanının lüğəti)

İsabalı dedi:

Arpanı götürmə, at damağ olar. (“Koroğluynan Bolu bəy”) (İ.A.,B.A.)

Azərbaycan dastanlarının leksikası