Reklam
Reklam

Tarix terminləri lüğəti

darik

fars. darayavaka, ing. daric

Əhəməni hökmdarı I Daranın dövründə (e.ə. VI əsrin sonu) kəsilmiş qızıl sikkə.

Sikkənin üz hissəsində I Daranın şəkli həkk olunduğu üçün ona belə ad verildiyi ehtimal edilir. Yüksək əyarlı qızıldan (95,83%) hazırlanan və çəkisi 8,4 q təşkil edən D.-in dəyəri 20 gümüş sikkəyə bərabər tutulub. D.-dən nəinki İranın daxilində, habelə xarici ölkələrdə də ticarətdə geniş istifadə olunub. Bu səbəbdən o, bir neçə yüz il ərzində dünya ticarətində əsas sikkələrdən biri rolunu oynayıb. E.ə. 330-cu ildə Makedoniyalı İsgəndərin hücumu nəticəsində Əhəmənilər dövlətinin süqutu ilə D.-lərin kəsilməsinə də son qoyulub.

Tarix terminləri lüğəti