daşlı (daş sözünə -lı şəkilçisi qoşulmuşdur) sözünün tələffüz formasındandır. Daşlı olan, çoxlu daş olan, arasında daşlar olan deməkdir.
Ola bilər ki, adın ilkin forması Daşlı olmuş, sonradan şəklini dəyişmiş, Daşdı formasına düşmüşdür. Erkən dövrlərdən türklərin şəxs adları sistemində daş sözünün işləndiyi kifayət qədər şəxs adı mövcuddur. Daşdı (bax: ad – DAŞ) da bu qəbildən olan şəxs adlarındandır. Məişətimizdə köhnəlmiş adlar sırasında olan Daşdı bu gün yalnız soyadlarda yaşayan şəxs adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti