Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

davamlı [davamlı] sifət

1. Hər cür çətinliyə, məşəqqətə, məhrumiyyətə, əzab və əziyyətə davam gətirən; dözümlü. □ O, çox davamlı adamdır.

2. Çətin dağılan, gec yırtılan, çox möhkəm. □ Davamlı parça. Davamlı çəkmə.

3. Etibarlı, sarsılmaz, möhkəm, səbatlı. □ Daşmı davamlıdır, yoxsa onun iradəsi? (M.Rahim)

4. Uzun sürən, sürəkli, arası kəsilməyən, ardıcıl. □ Bu zaman vağzala girməkdə olan bir maşının davamlı fit səsi eşidildi. (M.İbrahimov)

Qeyd: ...davamlı. Bəzi mürəkkəb sifətlərin ikinci tərkib hissəsi; məsələn, odadavamlı, soyuğadavamlı, istiyədavamlı.

Azərbaycan dilinin izahlı lüğəti