Bərdə, Çənbərək, Qafan, Qax, Mingəçevir, Şəki, Şuşa, Zaqatala
Divarları qamışdan hörülüb suvanmış daxma. □ Sizin daxal su buraxırmı? (Zaqatala); Daxal üstü taxta, yar; Al kəmərimi saxla, yar; Yarım gedif səfərə; Ala unu saxla, yar (Şəki); Daxala dən sərmişəm, sərçələr dənnəməsin (Qax); İndi biz təzə evlərdə yaşıryrıx, daxal keşmişdəydi (Bərdə); Daş əv daxaldan yaxşıdı (Qafan).
Ağdaş, Göyçay
Qonaq otağı. □ Bizim daxalmız böyükdü.
Azərbaycan dilinin dialektoloji lüğəti