►Söz-söhbət, qeybət və əsassız giley-güzar etmək.
İfadə «qodu» leksik vahidinin yanlış qavranılmasından qaynaqlanır.
Bəziləri bu sözün «qovdu» feilindən, başqaları isə «qoydu» feilindən törədiyini iddia edirlər. Prof. M.Adilova görə, «dedi-qodu»nun ikinci komponentini «qovdu» və ya «qoydu» hesab etmək ona görə mümkün deyildir ki, bu feillərin «dedi» sözü ilə göstərilən semantik münasibəti yoxdur.
Bәs buradakı «qodu» nәdir? Alim qeyd edir ki, bu sözün kökü «qo-» olub, şәkilçisi «-du» isə, әslindә, «dedi» sözündәki eyni şәkilçiyә qafiyә mәqsәdilә işlәdilmişdir. Buradakı «qo» müxtәlif variantlarda (qu//qud//qıd) vaxtilә elә «de» (danış, söylә) mәnasına gәlәn söz olmuşdur; mәsәlәn, «Kitabi-Dәdә Qorqud» dastanının sonunda verilmiş lüğәtdә «qu qılmaq» ifadәsi «söz gəzdirmәk» kimi izaһ edilmişdir. Yəni bu yazılı abidəmizdə tam eynitipli cümlәlәrdə işlәnәn «qu» vә «xәbәr» sözlәrinin sinonimliyi heç bir şübһә doğurmur: «Әvvәl yigirmisi vardı Dirsə xana bu xәbәri gәtirdi». «Ol namәrdlәrin yigirmisi dəxi çıxa gәldi vә bir qu onlar dәxi gәtirdilәr».
«Qu deyәndә qulaq tutulur» ifadәsindәki «qu» leksik vahidi də «söz» mәnasına gәlir. Deməli, «dedi-qodu» ifadəsini sadəcə «demək, söz söyləmək» kimi qəbul edə bilərik.
Məsəllər, deyimlər