1825-ci ilin dekabrında Peterburqun Senat meydanında mütləqiyyət əleyhinə üsyan qaldırmış rus zadəgan inqilabçıları.
D. Rusiyada təhkimçiliyin ləğvini, bütün vətəndaşlara hüquq bərabərliyi, söz və vicdan azadlığı verilməsini, ölkənin gələcək siyasi quruluşunu müəyyən etmək üçün Müəssislər Məclisinin çağırılmasını istəyiblər. Lakin onların üsyanı bir gün ərzində yatırılıb. D.-in 5 əsas başçısı edam olunub, 121 nəfəri isə Sibirə sürgün edilib.
Tarix terminləri lüğəti