lat. dis – fərqli, qeyri + fr. code – işarə
1. İnformasiyanı bir formadan digərinə çevirmək üçün qurğu, kod çözücüsü.
D.-lərin müxtəlif növləri var; məsələn, bəzi kabel, peyk yayımları kodlanır və kod çözücüsü olmadan yayım siqnalları ilə ötürülən proqramlara baxmaq olmur. Yalnız abunəçilərə verilən D.-lər həmin siqnalları təsvirə çevirir.
2. Bax: analoq-rəqəm çeviricisi.
Jurnalistika terminləri lüğəti