Xalçaçılıq, dulusçuluq, zərgərlik, toxuculuq, bədii basma, bədii oyma və s. bu kimi yaradıcılıq sahələrini əhatə edən təsviri incəsənət növü.
Bu sənət növü üzrə hazırlanan məmulatlar, əsasən, məişətdə işlədilir. «Xalq sənəti» də adlandırılan dekorativ-tətbiqi sənət hazırlanma materialına və işlənmə texnikasına görə müxtəlif sahələrə (oyma, tikmə, basma, naxış) ayrılır.
