Reklam
Reklam

Tarix terminləri lüğəti

dekret

fr. decrèt < lat. decretum – qərar

1. Hakimiyyət orqanı və ya vəzifəli şəxs tərəfindən qəbul edilən qanun, hüquqi akt.

Qədim Romada kollegial hakimiyyət orqanlarının, o cümlədən senatın aktları, pretorun məhkəmə işləri üzrə çıxardığı qərarlar, imperatorluq dönəmində isə imperatorun aktları D. adlanıb. Böyük Fransa inqilabı dövründə Konvent və digər qanunvericilik orqanlarının qəbul etdiyi qərarlara D. deyilib. Bu termin Rusiyada sovet hakimiyyətinin ilk illərində hökumətin ən mühüm qərarlarına da şamil edilib. Məsələn, “Torpaq haqında D.”-lə torpaq üzərində xüsusi mülkiyyəti ləğv olunub.

2. Müasir dövrdə dövlət və ya hökumət başçısının parlamentin razılığı tələb olunmadan qəbul etdiyi hüquqi akt.

Bir çox dövlətlərin konstitusiyalarında konkret hallarda (məsələn, fövqəladə vəziyyətdə) qanunu əvəzləyən D.-lərin verilməsi nəzərdə tutulub.

Tarix terminləri lüğəti