Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

delfinlər

Məməlilər sinfi balinakimilər dəstəsinə aid ailə.

Hər iki çənəsində çoxlu sayda konusvari dişlərin olması səciyyəvi xüsusiyyətləridir. Dənizlərin əksəriyyətində yaşayırlar. Əsasən balıqla qidalanırlar. Molyuskaları və xərçəngləri də yeyirlər. D. fövqəladə iti üzmək qabiliyyətinə malikdirlər.  Onlar sürülərlə gəmilərin ardınca üzürlər.

Biologiya terminlərinin izahlı lüğəti