Reklam
Reklam

Məsəllər, deyimlər

DƏLİDƏN DOĞRU XƏBƏR

►Gözləmədiyin, əhəmiyyət vermədiyin, bilik və bacarığına şübhə ilə yanaşdığın birisindən ağıllı bir söz, təklif, yerində söylənmiş fikir eşidərkən işlədilən ifadə.

İfadə Şərqdə geniş yayılmış bir əhvalatla bağlıdır.

Şərqin məşhur şairlərindən biri çəmənlikdə oturub şərab içərkən ona bir dəli yaxınlaşır. Əylənmək məqsədilə dəlini içirdib kefləndirmək fikrinə düşən şair ona şərab təklif edir. Dəli şairə diqqət və təəccüblə baxıb ciddi tərzdə deyir:

− Şair, sən bu şərabı mənə oxşamaqdan ötrü içirsən, bəs mən kimə oxşamaq üçün içməliyəm?

Bu sözlərdən sonra dərin fikrə gedən şair öz niyyətindən utanır və qarşısındakı dəlinin doğru və ağıllı danışığına olan heyranlığını gizlətmir.

Şair və dəli ilə bağlı bu əhvalatın yayıldığı Şərq ölkələrində, adətən, gözləmədiyin, əhəmiyyət vermədiyin, bilik və bacarığına şübhə ilə yanaşdığın birisindən ağıllı bir söz, təklif, yerində deyilmiş fikir eşidərkən ifadəni işlədirlər.

Məsəllər, deyimlər