Sözün tarixi kökü dəl (ağlını itirmək) feilidir, ondan dəli (müqayisə et: dir –i) sifəti əmələ gəlib, sonra da üzərinə xay artırılıb. Lalaxay, solaxay, ölüxay kimi sözlərdə olan xay (bəzən də vay: ölüvay), layu sözünün təhrifi nəticəsində yaranıb. Layu (yalı, lay və s.) “sayağı” mənasını verən söz olub. Dəlixay “dəli kimi olan” deməkdir. M.Kaşğaridə aslanlayu sözü “aslansayağı” mənasında işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti