fr. dénoncer – pozma, ləğvetmə
Beynəlxalq hüquqda müqaviləni imzalayan tərəflərdən birinin onun icrasından imtina etməsi.
D. müqavilənin qüvvəsinin qanuni yolla dayandırılması üsullarından biridir. Adətən, o, müqavilənin özündə nəzərdə tutulmuş şərtlər və zaman kəsiyi çərçivəsində həyata keçirilir. Lakin az sayda bəzi müqavilələrin D.-sına yol verilmir. Məsələn, “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə konvensiyalarının (1949) icrasından imtina etmək mümkün deyil.
Tarix terminləri lüğəti