Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

dəvə

Məməlilər sinfi cütdırnaqlılar dəstəsinə aid olan növ.

Böyük heyvan olub, səhrada yaşamağa uyğunlaşmışdır. Nümayəndələrinin əksəriyyətinin nəsli kəsilmişdir. Hazırda D.-lərin əhliləşdirilmiş iki növü – birgüvənli (dromedar) və ikigüvənli (baktrian) növləri məlumdur. Dromedarın boyu yalına qədər 1,8 m, güvənin son nöqtəsinə qədər 2,1 m-ə çatır. Baktrianların ayaqları qısadır. D. 180 kq-a qədər yük götürə bilir. Sürəti 5 km/saata çatır. Gün ərzində 50 km yol gedə bilir. Susuz uzun müddət yaşayır.

Biologiya terminlərinin izahlı lüğəti