►Uzun zaman gizli saxlanan, fürsәt düşdükdә isə açıq və qəzəbli şəkildə üzә çıxarılan amansız kin, intiqam hissini bildirən ifadə.
İfadə ta qədimdən dəvənin davranışı ilə bağlı insanlarda formalaşmış qənaətlərdən qaynaqlanır.
Hələ qədimdən xalq arasında belə bir qənaət yaranıb ki, dəvə hər hansı pis davranışı unutmur, pis rәftara qarşı dərhal müqavimәt göstәrmir, lakin hәm dә bu rәftarı heç zaman unutmur. Onunla növbəti dəfə daha pis davrananda yenә kinini gizlәdir vә insan kimi intiqam üçün mәqam gözlәyir. Bu gözlәmә o vaxta qәdәr çәkir ki, intiqam alacağı şəxsin yaxınlığında başqa şәxslәr olmasın, yəni onu incidən adamla tәkbәtәk qalanda dəvə hücum edir. Dişlәyir, götürüb yerә çırpır, ayaqları ilә vurur vә tapdalayır.
Dəvə hücumunun şahidi olmuş insanların dediklərinə görə, öz «düşmәnini» – kin bəslədiyi adamı mәhv etmәk qәrarına gәlmiş kinli dəvə çox vaxt buna nail olur.
Dilimizdə bir şeylə üzləşərkən heyrətlənməyi, tanış olmayan kimə və ya nəyəsə təəccüblə baxmağı bildirən «dəvə nalbəndə baxan kimi» ifadəsi də işlənir. Bu ifadə heç vaxt nallanmayan dəvənin nalbəndin yanına gətirilməsi və dəvənin davranışı ilə bağlı müşahidələrdən yaranmışdır.
Məsəllər, deyimlər