Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dəvəçi nəğmələri

Dəvə təsərrüfatı ilə bağlı oxunan əmək nəğmələri.

D.N. bu təsərrüfat sahəsinin inkişaf etdiyi bölgələrdə yaranıb və inkişaf edib. Etnoqrafların Qobustan dəvəçilərindən yazıya aldıqları nəğmədə dəvələr cinsinə görə təriflənir:

Qıllı dodaqlı, qələm qaşlıdır,

Ladılı, qapanlı, kəlləli ovsar,

Bu qatarda qumral maya var olsun!

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti