►Bədbəxtliyə düçar olmuş, var-yoxu əlindən çıxmış, bir növ, taleyin ümidinə buraxılmış adamlar haqqında işlədilən ifadə.
İfadə köçəri ərəblər üçün dəvənin nə demək olması ilə bağlı yaranmışdır.
Ərəbistan səhralarında dəvə yeganə nəqliyyat vasitəsidir. Onun əti, südü, dərisi insanlar üçün əvəzsizdir. Dәvәnin qığı yanacaq kimi işlәnir, sidiyindәn kosmetik vasitә vә ya dәrman hazırlanır. Su tapmadıqda bәdәvi әrәblərin qadınları uşaqları dəvә sidiyi ilә çimizdirirlər. Әrәb xalq tәbabәtinә görə, dәvә sidiyi qızdırmanın qarşısını alan әn yaxşı dәrmandır. Dәvәnin qarın şirәsindən, ümumiyyәtlә, qarınağrısı dәrmanı kimi istifadә olunur. Bəzən su tapmayanda әrәb atlarına dәvә südü içirirlər.
Az-çox mәşhur olan elә bir ərəb şairi yoxdur ki, dәvәnin gözәlliklәrini vәsf etməsin. Ən qәdim (islamaqәdәrki) әrәb poeziyası öz mәnşəyini dәvәnin ritmik yerişindәn götürmüşdür.
Beləliklə, hər cəhətdən həyat və məişətin bir parçası olan dəvənin ölməsi ərəblər üçün ən böyük faciədir, fəlakətdir. Buna görə bizdə də çox şeydən məhrum olmuş adama «dəvəsi ölmüş ərəb» deyirlər.
Məsəllər, deyimlər