Reklam
Reklam

Etimologiya lüğəti

dəyirman

”Bir yerdə fırlanmaq”mənasını əks etdirən təqir sözü olub. Təkər sözü də etimoloji baxımdan “dəyirmi”deməkdir. Tərmək kəlməsi mənbələrdə “fırlanan”kimi açıqlanıb. “Dairə” anlamında tir (təqirə) sözü işlədilib. Bunlar sübut edir ki, təkər, dəyirmi, dəyirman sözləri eyni kök zəminində əmələ gəlib. Dəyir­man kəlməsinin birinci hissəsi (dəyir, dəqir) “oxu ətrafında fırlanan” deməkdir, -man isə daşın fırlanmasının çoxluğunu bildirir. Bəzi türk dillərində dəyirmançı sözünün yerinə ügütücü (üyüdən) işlədilir. Tekrə, takirmə sözləri ilə dəyirman (daşı dəyirmi olan) qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti