Reklam
Reklam

İbtidai siniflər üçün terminlər lüğəti

dialoq

İki və daha çox şəxs arasında aparılan danışıq, söhbət.

Dialoqdan bədii mətnlərdə geniş istifadə edilir. Dialoq şəklində yazılan cümlələrin əvvəlində tire (–) işarəsi qoyulur:

   – Quzum, yavrum! Adın nədir?

   – Gülbahar.

   – Pəki, sənin anan, baban varmı?

   – Var... (H.Cavid)

İbtidai siniflər üçün terminlər lüğəti