yun. dithyrambos – mahnı, himn
1. Qədim yunan poeziyasında üzümçülük və şərabçılıq ilahı Dionisin şərəfinə keçirilən mərasimlərdə oxunan təntənəli nəğmə.
Әvvəlcə D. xalq mahnısı, sonralar isə himnə yaxın ədəbi forma olub. Antik ədəbiyyatda M.ö. VI–V əsrlərin şairləri Pindar və Arionun D.-ları məşhurdur. Teatrda xor tərəfindən ifa olunan D. antik faciənin yaranmasında mühüm rol oynayıb. Sonralar Avropa poeziyasında D. təqlidi və bənzətmə səciyyəsi daşıyıb.
2. Şişirdilmiş bəlağətli tərif; mədhiyyə.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti