Reklam
Reklam

Etimologiya lüğəti

dikəltmək

Yumşaq, yumşal sözlərinin qədim törəmə kökü yumşa kəlməsi olduğu kimi, dikəltmək sözünün də kökü tarixən dikə olub. Buradakı şəkilçisi vasitəsilə dik (hündür, düz) sifətindən feil düzəlib, -l şəkilçisi isə yum-şa-l sözündəki -l şəkilçisinin eynidir (müqayisə et: qoca-l-maq, uca-l-maq), -t şəkilçisi sözü təsirli feilə çevirmək vəzifəsini yerinə yetirir (müqayisə et: yum-şa-l-t-maq). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti