Reklam
Reklam

Məsəllər, deyimlər

DİLİMƏ BAĞLA

Düşünmədən danışıb özünü çıxılmaz vəziyyətə salan, imkanına uyğun olmayan vədlər verib sonra yerinə yetirə bilməyən adamlar haqqında işlədilən ifadə.

İfadə xalq arasında yayılmış bir rəvayətdən qaynaqlanmışdır.

Həmin rəvayətdə deyilir ki, evində yeməyə yavan çörəyi belə olmayan bir nəfər həyətinin yanından ötən yolçuya qonaqpərvərlik göstərir, atdan enib dincəlməyi və çörək yeməyi təklif edir. Düşünür ki, atlı bu alicənab təklif üçün öz minnətdarlığını bildirib yoluna davam edəcək. Lakin müsafir çox ac və yorğun olduğundan və ev yiyəsinin sözünü əsaslı saydığından böyük məmnuniyyətlə atdan düşüb qapıya gəlir və ev sahibindən soruşur:

– Ay qardaş, atı haraya bağlayım?

Çətin vəziyyətə düşmüş ev yiyəsi dilinin bəlasını çəkdiyini görüb peşmanlıqla qonağa belə cavab verir:

– Dilimə bağla.

Belə bir rəvayət Molla Nəsrəddinlə bağlı lətifələrdə də yer almışdır.

Məsəllər, deyimlər