Reklam
Reklam

Məsəllər, deyimlər

DİLİNİ DİŞLƏMƏK

►Susmaq, danışmamaq, ağzı möhkəm olmaq, ağzından söz çıxmamaq.

İfadə kəşfiyyatçıların qeyri-adi davranışı ilə bağlı meydana çıxmışdır.

Hərb tarixi ilə bağlı mötəbər mənbələrə görə, xüsusən Çin və Yaponiyada casusu, yaxud hərbi kəşfiyyatçını əsir tutanda, həmin adamlar üçün çıxılmaz vəziyyət yarananda onlar əsgəri qaydaya görə dillərini dişləyib sıradan çıxarırdılar ki, düşmən onları sirri açmağa məcbur edə bilməsin. Bu, düşmən əlinə keçmiş kəşfiyyatçı üçün qəbul edilmiş davranış tərzi sayılırdı.

Adətən, bu frazeoloji ifadə qəflətən susan, uzun müddət danışığına ara verən adam haqqında işlədilir. Belə deyirlər ki, o özünü itirib və nə danışacağını bilmir, yaxud elə dərəcədə təəccüblənib ki, hətta nitqi quruyub.

Məsəllər, deyimlər