Reklam
Reklam

Məsəllər, deyimlər

DİLOTU YEMƏK

►Tez-tez, yerli-yersiz, ara vermәn vә çox zaman da mәntiqsiz danışmaq, dil boğaza qoymamaq.

İfadə gicitkən yeyərkən insanın halının dəyişməsi ilə bağlı yaranmışdır.

Mәlumdur ki, gicitkәn bitkisinә danışıq dilindә obrazlı şәkildә «dilotu» deyilir. Yarpaqlarının vә gövdәsinin üzәrindә dalayıcı, yandırıcı tükcüklәr olan gicitkәn kolu kimә toxunsa, ufuldayır. Gicitkən dalayan adamın dərisində xüsusi səpgilər yaranır, insan hər şeydən qıcıqlanır, tez-tez danışır, әsәbilәşir, ağzına gәlәni deyir, bir müddət rahatlıq tapmır, halından şikayətçi və deyingən olur.

Xüsusi şәkildə ovuşdurub, әzib yandırıcı tükcüklәrin tәsirini zərərsizləşdirmәdәn onu yemәk mümkün deyildir. Çünki gicitkәn təbii halda yeyilsә, insan dilini ağzında saxlaya bilməz. Elә bu xüsusiyyәtinә görә dә hәmin bitki dilotu adı almış vә mәcazi mәnalı tәrkibin yaranmasına sәbәb olmuşdur.

Məsəllər, deyimlər