lat. dēnārius – “on hissədən ibarət olan” sözündən törəmə
Müsəlman Şərqində geniş yayılmış qızıl sikkə.
VII əsrdə Ərəb xilafəti dönəmində kəsilən ilk qızıl D.-ın çəkisi təqribən 2,4 q olub. Orta əsrlərdə isə bir sıra müsəlman dövlətlərində müxtəlif dəyərə və çəkiyə malik qızıl və gümüş D. sikkələr kəsilib. XXI əsrdə ərəb dövlətlərinin (Əlcəzair, Bəhreyn, İraq, İordaniya, Küveyt, Liviya, Tunis), habelə keçmişdə Osmanlı imperiyasının tərkibində olmuş bəzi ölkələrin (Serbiya, Makedoniya) milli valyutaları D. adlanır.
Tarix terminləri lüğəti