1. Xarici hökumətlərdə təmsil olunmaq, danışıqlar aparmaq və əlaqə saxlamaq üçün təyin olunmuş dövlət nümayəndəsi, diplomatiya fəaliyyətini həyata keçirən şəxs. □ Təcrübəli diplomat.
2. Yastı çamadan formasında portfel. □ Diplomat almaq.
3. Məcazi mənada: insanlarla xüsusi məharət və bacarıqla davranmaqla öz məqsədinə çatan adam. □ Diplomat olmaq.
Azərbaycan dilinin izahlı lüğəti