Reklam
Reklam

Məsəllər, deyimlər

DİŞİNƏ VURMAQ

►Kiminsə hansısa xüsusiyyәtini müәyyәnlәşdirmәk üçün onu gizli və ya aşkar şəkildə yoxlamaq, sınamaq.

İfadə Novruz bayramında yumurta döyüşdürmək adəti ilə bağlı yaranmışdır.

Bayramın maraqlı epizodlarından olan yumurta döyüşdürməyin qaydasına görə, yumurtası sınan adam uduzmuş sayılır.

İfadәnin hәqiqi mәnası Mirzə Cəlilin «Leontiyev» felyetonunda çox aydın izah edilmişdir: «Mәlumdur ki, uşaqlar yumurta döyüşdürәndә әvvәl bir dadırlar, yәni yumurtaları dәyişib vururlar dişlәrinә vә sonra qaytarıb verirlәr bir-birinә. Sonra başlayırlar oynamağa; mәsәlәn, Әli bunu qanır ki, yumurtası Vәlinin yumurtasından bәrkdir, әvvәl deyir: «Tut!» Vәli deyir: «Sәn tut!» Axırda Әli tutur, çünki bilir ki, tutsa da, Vәlinin yumurtası sınacaq».

Yumurtanı dişə vurmaqla bərk-boşunu yoxlamaq məsələsi sonradan məcazi məna kəsb edərək, ümumiyyətlə, bir şeyi və ya bir kəsi yoxlamaq, sınaqdan keçirmək məqsədilə işlədilməyə başlayıb.

Məsəllər, deyimlər