Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

diskurs

lat. diskursus – dala-qabağa hərəkət; söhbət, danışıq

Təfəkkürün tədrici və ardıcıl təkamülü; anlayış və ya mühakimələrin davamı olan yenisi ilə əvəzlənməsi.

Fəlsəfədə diskursiv təfəkkür ayrı-ayrı elementlərin təkamülünü rədd edən intuitiv təfəkkürə qarşı qoyulur. Estetik planda D. dedikdə müəyyən ədəbi hadisənin izahı, yekunu, ümumiləşdirilməsi və sonrakı davamı nəzərdə tutulur; məs.: C.Məmmədquluzadə nəsrinin Anara qədər gəlməsi və sıranın yenidən davamı, yaxud realizmin XIX əsr Axundzadə mərhələsi, romantizm keçidləri, XX əsrin əvvəlindən gələn maarifçiliyin XXI əsrdə davamı, 30 illik tənqidin ən dolğun ifadəsini Y.Qarayev elmi yaradıcılığında tapması və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti