lat. dissidentia – əks, fərqli
Orta əsrlərdə Qərbi Avropa ölkələrində hakim dini təriqətə müxalif mövqedə duran şəxs.
Sonralar fərqli düşüncə sahibləri və hakim ideologiyaya müxalif olan bütün şəxslər D. adlandırılıblar. Məsələn, SSRİ-də, habelə sovet blokuna daxil olan digər Şərqi Avropa ölkələrində totalitar rejimə qarşı çıxan, əsas insan hüquq və azadlıqları uğrunda mübarizə aparan insanlara D. deyiblər. Bu şəxslər sovet rejiminin repressiyalarına məruz qalıblar.
Tarix terminləri lüğəti