Hər bəndi doqquz misradan ibarət, formaca sabit olmayan, müxtəlif qafiyə quruluşuna malik şeir şəkli.
Ə.Kürçaylının “Səmadan ağır-ağır” misrası ilə başlayan şeiri D.-a nümunə ola bilər:
Səmadan ağır-ağır
Dənizə yağış yağır.
Damcılar iri, şəffaf,
Büllur kimi təmiz, saf
Sanırsan yağış deyil,
Göydən ulduz tökülür.
Karvanqıran elə bil
Kəhkəşanda sökülür,
Göydən ulduz tökülür.
***
Səmadan ağır-ağır
Dənizə yağış yağır.
Dəniz böyük, hüdudsuz,
Tökülən yağış-ulduz
Dənizin qucağında
Qərq olaraq bir anda
Çatır əbədiyyətə.
Qovuşur məhəbbətə
Dənizin qucağında.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti