►Özündәnrazı, özünü cәmiyyәtdәn yüksəkdə sayan, rəhbәr mövqedә olub özbaşınalıq edәn təkəbbürlü adamları sәciyyәlәndirmәk üçün işlәdilən ifadə.
İfadәnin Fransa kralı XIV Lüdovikdən (1643–1715) qaynaqlandığı iddia edilir.
1655-ci ildә zadәganlar, şәhәrlilәr vә ruhanilәrdәn ibarәt Fransa parlamentinin iclasında XIV Lüdovikdәn xahiş edilmişdi ki, o öz siyasәtini dәyişsin. «Nә üçün?» deyә kral tәәccüb etmişdi. «Çünki bu siyasәt dövlәtin siyasәtinә ziddir» cavabını eşitdikdə kral: «Dövlәt – mәn özümәm» cavabını vermişdi. Parlament dә әlahәzrәtin iradәsi ilә hesablaşmağa mәcbur olmuşdu. Tәdqiqatçıların bәzilәri XIV Lüdovikin bu ifadәni işlətdiyinə şübhә edirlәr. Lakin burası var ki, Fransa kralları hәmişә özlәrini belә təkəbbürlü aparmış, özlәri barәdә yüksәk fikirdә olmuşlar. Hәm dә mәşhur Fransa yazıçısı Aleksandr Düma özünün «Üç muşketyor haqqında» trilogiyasının üçüncü hissәsi olan «Vikont de Brajelon vә ya on il sonra» romanında kral XIV Lüdovikin nitqindә hәmin ifadәni olduğu kimi işlәtmişdir.
Başqa bir fikrә görә, «Dövlәt – mәn özümәm» ifadəsini ilk dәfә ingilis kraliçası I Yelizaveta (1558–1603) işlәtmişdir.
Məsəllər, deyimlər