dünya və azərb. malı sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Azərbaycanlı ailələrdə övlad ən böyük dövlət, sərvət, ailələr arasında körpü kimi qiymətləndirilmiş, övladsız ailələr hətta susuz dəyirmana bənzədilmişdir. Bu yanaşmaya “Kitabi-Dədə Qorqud” dastanlarında da rast gəlinir. Dilimizdə dünya malı ilə bağlı Sani heç dünya malına da dayiçmaram; Dünya malına çevrilib baxmaram və s. kimi məcazi ifadələr də geniş yayılmışdır. Dünyamalı (bax: ad – DÜNYA; MALI) kişi adı dünyaya gələn övladın bütün dünyanın sərvətinə, varına, malına bərabər tutulması ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti