►Bir işә hәddindәn artıq aludә olmaq, şirniklənmək, işin nә ilә nәticәlәnәcәyini düşünmәdən ona şövqlə davam etmək.
İfadə bir çöx türk ləhcələrində işlənən «tuzağa (tələyə) getmək» ifadəsinin təhrif olunmuş formasından yaranmışdır.
Əvvəllər bu ifadәnin etimologiyası ilə bağlı iki ehtimal irəli sürülmüşdü. Birinci ehtimala görə, ifadə qədimlərdə insanların uzaq yerə duz dalınca getməsi ilə bağlı yaranmışdı. Guya duz səfəri üçün yola çıxanda insan şövqlü, enerjili olar, qayıdanda isə duz yükünün ağırlığından beli əyilərmiş. Yəni duza gedәndә şux görünən, deyib-gülәn şәxs qayıdanda çox ağır, həyat eşqini itirmiş və acınacaqlı vәziyyәtdә olurmuş. İkinci ehtimal isə heyvandarlıqla, daha çox qoyunlara duz verilməsi situasiyası ilə əlaqələndirilirdi. Guya örüşdən qayıdan qoyunlar üzərinə duz səpilmiş daşlara doğru çox sürətlə qaçarlarmış.
Bu ehtimallarda bəzi dəqiq elementlərin olmasına baxmayaraq ifadə qədim türk dilində «tələyə doğru getmək» mənasını bildirən «tuzağa getmək» frazeologiyasının təhrif olunması nəticəsində yaranmışdır.
Məsəllər, deyimlər