1. Yazıçı, nasir. □ Azərbaycan ədibləri.
2. Ədəbiyyatşünaslıq. Ədəbiyyatla məşğul olan adam, ədəbiyyatşünas, ədəbiyyat mütəxəssisi, mühərrir. □ Ədib Mirzə Melkum xan “Qanun” ruznaməsində başdan belə yazır ki: “Mən sözümü o kəslərə yazıram ki, adamdırlar”. (C.Məmmədquluzadə).
3. Klassik ədəbiyyatda ədəbli, tərbiyəli mənalarında işlənmişdir. □ Məcnun dedi: Ey ədibi-kamil; Divaneyi-eşq olurmu aqil? (M.Füzuli).