edil sözündəndir. Edil (İtil/İdil/Ədil) Volqa çayının qədim adlarındandır. Edil adı bəzi lüğətlərdə nədənsə ərəb mənşəli ədl sözündən formalaşmış Ədil kişi adı ilə qarışdırılır. Onomastik lüğətlərdə etnotoponim olduğu barədə mülahizələrə də rast gəlinir. Araşdırmalarda vaxtilə Xəzərin üç paytaxt şəhərindən birinin adının Edil olması barədə məlumatlar mövcuddur. Bu gün Türkiyənin Qars vilayətində kəndlərdən birinin adı Edillidir.
Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Edil bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Edilov Yelmar (1946-1994) I Qarabağ müharibəsində komandirlik etdiyi hissə qəfil hücuma keçmiş işğalçı düşmənlə üz-üzə döyüşdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüş igid döyüşçülərimizdən olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti