autentis sözündəndir. Vizantiyada afuntis olub, türk dillərinə keçmə sözlərdən hesab edilir. Əfəndi sözü dilimizdə həm İslam dinində sünni təriqətinə aid ruhanilərə verilən addır, həm də nisbətən erkən çağlarda, bir növ, ağa, cənab mənasında hörmət, ehtiram əlaməti olaraq dini təhsil almış, oxumuş adamların, ruhanilərin adlarının əvvəlində, ya sonunda işlənir. Bu gün Türkiyə türklərində müraciət forması kimi də işlədilir. Əfəndi kişi adı dini təhsil almış, savadlı din xadimi mənasını ifadə edir.
Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Əfəndi bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Qeyd etmək lazımdır ki, Azərbaycanda Əfəndiyev, Əfəndizadə, Əfəndili, Əfəndi soyadları kifayət qədərdir. Bu da məişətimizdə yaxın keçmişə qədər Əfəndi adının geniş yayıldığına dəlalət edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti