Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

əfqan iti

Şimali Əfqanıstanda yayılmış 4 min illik tarixi olan it cinsi.

Nəsil ağacı qədim Misir mədəniyyəti dövrünə aiddir. Ə.İ. safqanı qorunduğu üçün aid olduğu bölgədən kənara aparılması qadağan edilmişdir. Bu səbəbdən yalnız XX əsrin əvvəlində qaçaq yolla Avropaya gətirilmişdir. Geniş ərazilərdə yaxşı inkişaf edirlər. Təlimlər zamanı diqqətli və ciddi davranılmazsa təlimlər nəticəsiz olur. Gün ərzində ən azı yarım saat açıq havada sərbəst gəzməlidir; qaçmağı sevən it cinsidir.

Biologiya terminlərinin izahlı lüğəti