əfşar işi yerindəcə həll edən, işi nağd görən mənalarını ifadə edir.
Əfşar oğuzların iyirmi dörd boyundan birinin adındandır. Adın araşdırmalarda ov, ov etmək, həmçinin uyumlu, uyğun olan mənaları da vardır. XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış kişi adlarından olmuşdur. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Əfşar bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Adın təhrif olunmuş formaları Avşar, Əfşar da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir. Azərbaycan ədəbiyyatı tarixində erkən dövrlərdən əsl adı Əfşar olan, həm də Əfşar təxəllüslü yazıçılar olmuşdur. Adın daşıyıcılarından tanınmış şair və rəssam Sadıq bəy Əfşar (1533-1610) Şah İsmayılın və ondan sonrakı Səfəvi hökmdarlarının sarayında kitabxana müdiri vəzifəsində çalışmışdır. Azərbaycan ərazisində Ağcabədi, Xocavənd bölgələrində Afşar/Əfşar kəndləri mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti