Reklam
Reklam

Tarix terminləri lüğəti

ehkamçılıq

Ehkamlara əsaslanan, mücərrəd, sxematik və donuq təfəkkür tərzi.

E.-ın əsasında ehkamlara (doqmalara) qeyri-tənqidi münasibət, avtoritetlərə kor-koranə inam və köhnəlmiş təsəvvürlərin müdafiəsi durur. Daha çox dini təfəkkürdə özünü büruzə verən E. məhz dini təsəvvürlərlə, dini ehkamlara məcburi inamla əlaqədar yaranıb. E. (doqmatizm) termini ilk dəfə e.ə. V–IV əsrlərdə qədim yunan filosofları Pirron və Zenon tərəfindən işlədilib.

Tarix terminləri lüğəti