Reklam
Reklam

Tarix terminləri lüğəti

əhrarçılar

ər. əhrar – azadlıqsevər

1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-siyasi həyatında fəal iştirak etmiş, parlamentdə ayrıca fraksiya ilə təmsil olunmuş “Əhrar” partiyasının üzvləri.

Ə. mülkədar torpaqlarının müsadirə olunaraq kəndlilər arasında paylanması, 8 saatlıq iş günü, təhsil şəbəkəsinin genişlənməsi və ümumi icbari təhsilin tətbiqi, qonşu ölkələrlə dostluq münasibətlərinin yaradılması tərəfdarı kimi çıxış ediblər. Onlar dinə xüsusi əhəmiyyət veriblər və islama ölkənin müsəlman xalqlarını Azərbaycanın müstəqilliyi ideyası ətrafında sıx birləşdirməyə imkan verən mühüm amil kimi baxıblar. 1920-ci ilin yazında Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra partiya buraxılıb, Ə. isə amansız repressiyalara məruz qalıblar.

Tarix terminləri lüğəti