Reklam
Reklam

İbtidai siniflər üçün terminlər lüğəti

ehtimal

Bu və ya digər şəraitdə hər hansı hadisənin başvermə imkanının dərəcəsi.

Müəyyən bir hadisənin baş verəcəyi o zaman ehtimal edilir ki, şərait həmin hadisə üçün obyektiv imkana malik olsun. Əlverişli imkan çox olduqca ehtimal dərəcəsi də böyük olur; məsələn, səmada göyqurşağının görünməsi ehtimalı yağışdan sonra günəş çıxdıqda daha böyükdür, nəinki quru və küləkli havada.

İbtidai siniflər üçün terminlər lüğəti