1. Ağılın çətinliklə idarə edə bildiyi hiss. □ Ehtirasını saxlamaq.
2. Coşqunluq, ruh yüksəkliyi, vəcd, həyəcan. □ ..qapqara gözləri yenə şam kimi yandı. Bir ehtiras alovu ilə işıqlandı. (M.İbrahimov).
3. Şəhvət, hərislik, düşkünlük, təəşşüq. □ ..Mərcan bəy öz alçaq ehtiraslarını tərk edə bilmir, bəlkə həmin ehtiraslara azad imkanlar axtarır. (Ə.Sultanlı).
4. Şiddətli arzu, eşq, həvəs, şövq, meyil. □ Bədənim yandırır öz libasımı; Dəryalar söndürməz ehtirasımı. (M.Rahim).