Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

əhya [əhya] isim ərəb

1. Klassik ədəbiyyatda diriltmə, canlandırma, oyatma; dirilmə, canlanma, oyanma mənalarında işlənmişdir. Nola gər əmvatü əhya versə sübhün dəmləri; Zikriləlindir, kim eylər dəmbədəm təkrar sübh. (M. Füzuli).
2. Arxaizm. Məcazi mənada: yenidən həyat vermə, bərpa etmə, abadlaşdırıb şənləndirmə, canlandırma, vücuda gətirmə, təsis etmə. Əhya etmək.
3. İlahiyyat. Dindar müsəlmanların gecə sübhə kimi ibadətlə məşğul olması. Əhya gecələri.

Azərbaycan dilinin izahlı lüğəti