Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

əkin [əkin] isim

1. Taxıl, bostan məhsulları və s. əkilmiş yer; zəmi. Əkinlərdə taxıl təzəcə göyərməkdədir.
2. Tarlada, zəmidə bitmiş taxıl, dənli bitkilər və s. Yazlıq əkin. Payızlıq əkin. Əkməsən, əkin olmaz. (Atalar sözü).
3. Əkmə, əkmək işi. Əkin vaxtı. Əkində, biçində izi olmayanın süfrədə üzü olmaz. (Atalar sözü).
4. Bəzi ot adları ilə birlikdə işlədilərək, onların əsasən zəmidə, əkin arasında bitdiyini göstərir. Əkin qarğasoğanı. Əkin qərənfili. Əkin laləsi.

See also:

frazeologizm: əkini tərsə bitmək coğrafiya: növbəli əkin Azərbaycan dilinin izahlı lüğəti