lat. expositio – təsvir, təqdimetmə
1. Konkret meyarlar əsasında seçilərək müəyyən ardıcıllıqla düzülmüş sənət əsərlərinin, sənədlərin, qiymətli əşyaların sərgisi.
2. İşığahəssas elementin üzərinə düşən işıq şüasının miqdarı; diafraqmanın ölçüsündən asılı olaraq çəkiliş zamanı fotoaparatın obyektivinin açıq qaldığı müddət.
3. Bədii əsərdə, materialda hadisələrin təsvirindən öncə gələn hissə.
E. hadisə yeri və vaxtı, iştirakçılar, onların bir-biri ilə əlaqəsi barədə oxucuda təsəvvür yaradır. Bəzən E. əsərdə hadisələr cərəyan etməyə başlayandan sonra da verilir: buna «gecikmiş E.» deyilir.
Jurnalistika terminləri lüğəti