lat. expressio – ifadə
1. Nitqin obrazlılığı, emosionallığı, hislərin qabarıq ifadəsi.
Xüsusi nəvaziş bildirən şəkilçilər, məcazlar, ritorik fiqurlar E. vasitələri hesab olunur.
2. Əsərin emosional təsir gücünə malik olma keyfiyyəti.
E. bütövlükdə əsərə və ya onun ayrı-ayrı hissələrinə (obrazlarına, süjet parçalarına) xas ola bilər.
Jurnalistika terminləri lüğəti