lat. expropriatio < ex – zəbtetmə, məhrumetmə + proprius – mülkiyyət
Xüsusi mülkiyyətçinin əmlakının məcburi qaydada (əvəzsiz, bəzən haqqı ödənilməklə) özgəninkiləşdirilməsi.
E.-nın obyekti həm daşınmaz, həm də daşınan əmlak ola bilər. E., bir qayda olaraq, mülkiyyətçinin razılığı olmadan həyata keçirilir. 1917-ci il oktyabr çevrilişindən sonra bolşeviklər xüsusi mülkiyyəti ləğv edərək hakimiyyətləri altında olan bütün ərazilərdə kütləvi surətdə iri və orta mülkiyyətçilərin əmlakının E.-sını həyata keçiriblər.
Tarix terminləri lüğəti